Suriyanın bombalanmasına Türkiyədən reaksiya

14 Aprel 2018 11:51

"Kimyəvi silahların istifadəsi beynəlxalq hüququn pozulması və insanlığa qarşı cinayətdir. Bu qarşılıqsız qalmamalı idi".

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Suriyanın ABŞ, İngiltərə və Fransa ilə birlikdə Suriyanı bombalaması ilə bağlı danışarkən söyləyib. O bildirib ki, kimyəvi silahdan istifadə edənlər buna görə cavablarını almalı idilər.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi və Suriya höküməti Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Bəxtiyar Umarlı
Milli.Az