Putin: "Suriyaya hücumu şiddətlə qınayırıq"

14 Aprel 2018 12:24

Rusiya Prezidenti Vladimir Putin ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı apardığı əməliyyatlarla bağlı açıqlama verib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, o, hücumu şiddətlə qınadığını söyləyib və BMT Təhlükəsizlik Şurasını təcili surətdə toplanmağa çağırıb.

"Amerika hücumları ilə Suriyadakı vəziyyəti daha da ağırlaşdırır, mülki vətəndaşlara əzab verir. Terrorçularla mübarizə aparmaqda dəstək olduğumuz Suriyaya hücumu şiddətlə qınayırıq".

Bəxtiyar Umarlı
Milli.Az