Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevi təbrik edib

14 Aprel 2018 11:06

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm.

Milli.Az