Gəncə sakini intihar etdi

14 Aprel 2018 10:52

Gəncə şəhər sakini özünü asıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sadıllı qəsəbəsində baş verib. Orada yaşayan 1970-ci il təvəllüdlü Axundov Mahmud Aydın oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıydığı hələ ki məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az