Qərb bəşəri Bəşərə qarşı: Dəməşq belə vuruldu - VİDEO - FOTO

14 Aprel 2018 11:30

ABŞ, Fransa və Böyük Britaniyanın silahlı qüvvələri Suriya ərazisinə "hava-yer" tipli 104 raket buraxıblar.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib. Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın "B-1B" strateji bombardmançıları vasitəsilə endirilib.

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşqə buraxılmış raketlərin əksəriyyətini hədəflərə çatmamış məhv edib. Bunun üçün hələ sabiq Sovetlər Birliyində istehsal olunmuş S-125, S-200, "Buk" və "Kvadrat" sistemlərindən istifadə olunub.

Qərb ölkələri Dəməşqi əsasən "Tomahavk" raketləri ilə vurublar.

Dəməşqə hücum 50 dəqiqə davam edib.

1 "Tomahavk" raketinin dəyəri təqribən 1,5 milyon dollardır.

Dəməşqin cənubundakı Kisva şəhərinə buraxılmış raketlərdən 13-ü havada vurulub.

Homs vilayətindəki obyektlər də raketlərdən qorunub.

Britaniya Müdafiə Nazirliyinin az öncə yaydığı bəyanata görə, ABŞ, Fransa və Britaniyanın qüvvələri Suriyada hədəfə aldıqları obyektləri vurublar. Onların arasında ən önəmliləri Dəməşqdəki elmi-tədqiqat mərkəzi, Respublika Qvardiyasının bazası, şəhərin şimalındakı Cəmrayadakı tədqiqat mərkəzi, Hamadakı Masyaf şəhərində yerləşən hərbi anbar, Homsdakı elmi mərkəz və Suriya Hava Hücümundan Müdafiə Qüvvələrinin bazasıdır.

Suriyanın ilk "birgə bombardman"ında Britaniya Hərbi-Hava Qüvvələrinin "Tornado GR4" tipli 4 qırıcı-bombardmançı təyyarəsi iştirak edib. Onlar zərbələr üçün "Storm Shadow" qanadlı raketlərindən istifadə ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəməşq belə vuruldu

США ударили по Сирии