Oğlan canlı yayımda sevgilisini öldürdü - VİDEO - FOTO

14 Aprel 2018 11:38

Facebook-un canlı yayımı zamanı qətl hadisəsi törədilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rannita Williams adlı 27 yaşlı qadın canlı yayım edib, valideynləri ilə danışarkən Conatan Robinson tərəfindən güllələnib.

Conatan Rannitanı öldürərkən "Məşhur olmaq istəyirsən? Mən səni məşhur edəcəm", - sözlərini söyləyib.

3 uşaq anası olan Rannita ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Luiziana ştatında baş verib. Conatan onun evinə yaxınlaşan polisi də güllələyib.

O, sevgilisini öldürdükdən sonra "oyun bitdi, əxlaqsız", - söyləyib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda sevgilisini öldürdü.