Valverde: "Mən yaxşıyam, Messi isə..."

14 Aprel 2018 18:06

Çempionlar Liqasının 1/4 finalında "Roma"ya uduzaraq mübarizəni dayandıran "Barselona"nın baş məqşçisi Ernesto Valverde komanda daxilindəki əhval-ruhiyyə barədə danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis ÇL-dəki məğlubiyyətin ardından özünün yaxşı olduğunu, komandanın əsas hücumçusu Lionel Messinin isə son günlər səssiz olduğunu deyib:

"Mən yaxşıyam. Karyeramdakı ən pis an deyildi. Əlbəttə, çox pis oldum, inkar etmirəm. Qalib gələndə hamımız sevinirik. Uduzanda da birlik olmalıyıq. Messi necədi? Messi həmişəkindən daha sakit görünür".

Milli.Az