Milli Məclisin deputatı ATƏT PA-ya gedir

14 Aprel 2018 09:46

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

Milli.Az xəbərt verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.
Səfər aprelin 17-də başa çatacaq.

Milli.Az