Meksika prezidenti və ABŞ vitse-prezidenti arasında görüş olacaq

14 Aprel 2018 09:08

Meksika prezidenti Enrike Penya Niyeto və ABŞ vitse-prezidenti Mayk Pens arasında Perunun paytaxtı Limada keçirilən "Sammit Amerik" çərçivəsində görüş keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksika prezidentinin administrasiyası məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, görüşün keçirilməsi ABŞ vitse-prezidentinin ofisinin təşəbbüsü ilə baş tutacaq: "Məqsəd - Meksika və ABŞ arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri haqda dialoq. Meksika höküməti Enrike Penya Niyetonun hər iki xalqın xeyrinə gedəcək razılaşmanın əldə olunması üçün yenilməz iradəsini təsdiqləyir".

Milli.Az