ABŞ-da sərnişin təyyarəsi qəza enişi edib

14 Aprel 2018 07:56

ABŞ-ın Şimali Dakota ştatında "Delta Air Lines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 189 sərnişini daşıyan təyyarənin qəza enişi etməsinə səbəb təyyarədə tüstüləmə olub.

Yanğın xidməti rəsmilərinin sözlərinə görə, eniş Farqo şəhərinin hava limanında uğurla edilib. Aviaşirkət təyyarədə baş verən tüstüləmənin səbəbi barədə məlumat verməyib.

Milli.Az