Müsavat Partiyasının Məclis üzvü qəzaya düşüb - FOTO

14 Aprel 2018 08:40

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Azadlıq prospekti ilə hərəkətdə olan Sadıqbəyli Vasif Niyaz oğluna məxsus "Seat" markalı "90-NS-368" dövlət qeydiyyat nişanlı avtomobil "Hundai" markalı "90-RD-541" dövlət qeydiyyat nişanlı maşınla toqquşub.

Məlum olub ki, hadisə "Seat"ın işıqforun gözləmə - sarı işığında keçərək "Hundai"ya dəyməsi nəticəsində baş verib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sadıqbəyli Vasif Niyaz oğlu Müsavat Partiyasının Məclis üzvüdür.

Milli.Az