Nataliya Oreyro xəstəxanaya yerləşdirilib

14 Aprel 2018 08:30

"Vəhşi mələk" serialından tanınan məşhur aktrisa Nataliya Oreyro təcili xəstəxanaya yerləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə aktrisanın Tel-Əvivə uçuşu öncəsi baş verib. O, özündə kəskin nasazlıq hiss edib.

Həkimlər Oreyroya fiziki yorğunluq diaqnozu qoyublar.

Nataliya 2018-ci ilin yayında ekranlara çıxacaq "Re Loca" komediyasının çəkilişlərində iştirak edir.

Milli.Az