Bakıda yaşlı kişini yük maşını vurub

14 Aprel 2018 08:10

Bakının Qaradağ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1957-ci il təvəllüdlü Ələkbərov Malik Fərrux oğlu Lökbatan qəsəbəsindəki "Meyvəli" ticarət mərkəzinin qarşısından keçərkən, onu "Shacman" markalı yük avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı KTM-ə yerləşdirilib.

Fakt Qaradağ RPİ-si tərəfindən araşdırılır.

Milli.Az