Fransa Suriyaya endirilən zərbələrin məqsədlərini açıqlayıb

14 Aprel 2018 07:36

Fransa prezidenti Emmanuel Makron Fransa qoşunlarının ABŞ və Böyük Britaniya ilə Suriyaya qarşı birgə əməliyyatlarda tətbiq edilməsi barədə əmr verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yelisey Sarayının yaydığı kommünikedə deyilir.

Kommünikedə bildirilir: "Bizim əməliyyat Suriya hökumətinin kimyəvi silahı yaratmaq və istifadə etmək imkanları verən obyektlərinə zərbələrlə məhdudlaşır".

Milli.Az