Venesuela ilə sərhədi bağlamaq təklif edilib

14 Aprel 2018 08:58

Braziliyanın Rorayma ştatının hakimiyyəti Venesuela ilə sərhədi bir müddətlik bağlamaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ştatın qubernatoru Sueli Kampus Braziliyanın Ali Məhkəməsinə müraciət edib: "Braziliya ilə Venesuela sərhəddi müvəqqəti olaraq Rorayma ştatında olan minlərlə miqrant problemi həll olunmayınca bağlanmalıdır".

S.Kampus bildirib ki, yalnız onun ştatında Venesueladan olan miqrantların sayı təxminən 50 min nəfər təşkil edir.

Milli.Az