Türkiyədə zəlzələ olub

14 Aprel 2018 08:03

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Konya şəhərindən 98 kilometr cənub-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az