Mark Zukerberq haqqında maraqlı 17 fakt

15 Aprel 2018 19:20

Mark Zukerberq dünyanın ən tanınmış CEO-larından biridir və 33 yaşına qədər əldə etdikləri heyrətamizdir.

Milli.Az moneta.az-a istinadən son vaxtlar Facebook skandalından başı başı açılmayan Mark haqqında maraqlı faktları təqdim edir:

1. O, az qalsın Microsoft-da işləyəcəkdi.

Mark məktəbdə təhsil alan zaman "Synapse Media Player" adlı app yaradır. "Microsoft" bu app-i əldə etmək istəyirdi. Lakin, Seattle texnologiya nəhəngində işləmək əvəzinə Zukenberq və digər həmtəsisçi Adam D'Angelo (sonradan Quora-nın təsisçisi olub) patent alıb universitetdə təhsil almağa getdilər.

2. O, məktəbdə oxuyarkən kəşflər edirdi.

Zukerberq 12 yaşında olarkən, messajlaşma proqramı olan "ZuckNet"i yaradır. Bu proqram vasitəsi ilə diş həkimi olan atası xəstələri gələn zaman məlumatı olurdu.

3. Onun qəribə zövqü var. 

Onun ən sevimli kitabı "The Aeneid" və sevimli televiziya proqramı "The West Wing"dir. Qeyd edək ki, onun sevimli proqramının yaradıcısı Aaron Sorkin Facebook haqqında məşhur kinonu çəkib.

4. O, hər zaman yüksək səviyyəli proqramist olmayıb. 

Mark kodlaşdırmağı ilk dəfə "C++ for Dummies" kitabından öyrənib.

5. O, bir neçə xarici dil bilir. 

O, hər zaman Latın dili kimi qədim dillərə marağı olub və çin dilində danışa bilir.

6. O, "Facebook"u satmaqla bağlı bir neçə təklifdən imtina edib. 

NewsCorp, MySpace, Viacom, Yahoo, NBC, Microsoft (yenidən) və Google kimi böyük şirkətlər "Facebook"u almaq istəyirdilər, lakin Zukerberq şirkəti əlində saxladı.

7. Markın həyat yoldaşı ilə ilk görüşü bir balaca qəribə olub. 

Baxmayaraq ki, Zukerberq və həyat yoldaşı Dr. Priscilla Çan ilk dəfə Harvard Universitetində bir partidə hamam otağının qarşısında növbədə gözləyərkən tanış olublar.

8. O, Stiv Cobsun pərəstişkarıdır. 

"Apple"ın təsisçisinin sərt liderlik stili Zukerberqi özünün ilk biznes kartlarında bu sözləri yazmağa ruhlandırıb: "I'm CEO, bitch."

9. Onun "Twitter"də hesabı var. 

Lakin, çox da istifadə etmir. 2009-cu ildən indiyə qədər cəmi 19 dəfə "tweet" edib.

10. O, idmanla məşğul olmağı sevir.

2016-cı ildə Zukerberq il ərzində 600 km qaçmağı məqsəd qoymuşdu. O, bu məqsədinə artıq yayın ortasında çatmışdı.

11. O, Albert Eynşteyndən və Pablo Pikassodan sitatlar gətirir. 

O, Eynşteyndən olan sitatı "Şeyləri lazım olduqca sadə edin, lakin çox sadə yox", və Pikassonun "Bütün uşaqlar rəssamdırlar. Böyüyən zaman rəssam kimi qalmaq isə çətindir." Mark bu sitatları "Facebook"da bölüşüb.

12. Onun iti də məşhurdur. 

Zukerberqin macar qoyun itinin də "Facebook"da səhifəsi var və bu səhifəni bəyənənlərin sayı 2 milyondan çoxdur. Onun qızının da ilk sözü it olub.

13. Ondan çox insan onun "Facebook" səhifəsini idarə edir. 

12 nəfərdən ibarət komanda Zukerberqin "Facebook" hesabındakı şərhlərə, yazdığı postlara və çəkib qoyduğu fotolara nəzarət edir.

14. O, gizliliyinə çox önəm verir.  

Zukerberq şəxsi gizliliyi üçün bir neçə addım atıb. Havay adasında 2014-cü ildə 100 milyon dollara torpaq sahəsi alıb. O, həmçinin Kaliforniyadakı evinin ətrafında dörd evi də sökmək istəyib.

15. O, fotolarda realda olduğundan daha hündür görsənir. 

Zukerberqin boyu təxminən 170 sm olduğu halda, fotolarda daha hündür görsənir.

16. Onun sadə köynəyinin qiyməti 300-400 dollardır. 

Həftənin istənilən günü Zukerberqi boz köynək, cins və Nike idman ayaqqabısında görmək olar.

İtaliyalı dizayner Brunello Cucinelli tərəfindən hazırlanan sadə köynəyin qiyməti 300-400 dollar civarındadır.

17. Onu "Facebook"da blok etmək mümkün deyil. 

İnanmırsınızsa, özünüz də sınayın. Platformanın arxasındakı beynin sahibini yalnız "unfollow" edə bilərsiniz. Beləliklə, Zukenberqi və ya həyat yoldaşını blok etmək istifadəçilər üçün mümkün deyil.

Milli.Az