Pareto qanunu və ya 80/20 prinsipi

15 Aprel 2018 19:05

Pareto qanunu və ya 80/20 prinsipinə görə, minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir və bu disproporsiya səbəb və nəticə əlaqələrinin qaçılmaz xüsusiyyətindən irəli gəlir.

Aşağıda verilmiş məlumatlardan Pareto qanunun həyatımızın hər sahəsində, xüsusilə iqtisadiyyat sahəsində tətbiqi nümunələri ilə tanış olacaqsınız.

80/20 prinsipi kömpüter mütəxəssislərin, biznesmenlərin və menecerlərin bilməli olduğu ən əsas prinsiplərdəndir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, bu qanun, iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar:

Əməyin 20%-i nəticənin 80% ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır.

Bu qayda, müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resrsları cəlb etməklə əldə etmək mümkündür, belə ki, sonrakı artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir.

Bu qanunun meydana gəlməsi iqtisadçının 20-ci əsrin əvvəllərində vətənində - İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Belə ki, müəyyən olunmuşdur ki, sərvətin 80% əhalinin 20% nin əlində cəmlənmişdir. Bu maraqlı faktor, onu bir qədər fikirləşməyə vadar edir və davamlı apardığı araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub-saxlanıldığını görür.

20-ci əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o hər sferada işləyirdi.

Pareto qanununun praktiki nümunələri:

80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar.

Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.

Biznesmenlər üçün: Müştərilərin 20% bütöv qazancın 80%-ni gətirir. Məhz bu müştərilər Sizdən xüsusi diqqət tələb edirlər.

Təhsil sistemində: istedadlı uşaqların 20%-i məktəbin onlara verdiyi 80% biliklərini istifadə edirlər, yerdə qalan 80% isə yalnız 20%.

Tələbələr üçün: Dərsliyin 20%-i bütöv dərslikdəki informasiyanın 80%-ni təşkil edir. Bu 20%-ə diqqət edin - və vaxt itirmədən yeni kitaba keçin.

Qarşılıqlı münasibətlərdə: Sizin tanışlarınızın 20% sizə 80% müsbət emosional enerjini (yəni məhəbbət, dostluq, istilik, təhlükəsizlik və s. hiss etdirlər) bəxş edir, digər 80% isə yalnız - 20%.

Məişət əşyalarında: Mərc gələk ki, siz 80% hallarda geyiminizin yalnız 20% istifadə edirsiniz, yerdə qalan 80% geyimi isə, ən yaxşı halda, bir-iki dəfə (elə təxminən 20% ) geyinmisiniz.

Hər kəs üçün: Gündəlik işlərimizin heç də hamısı eyni dərəcəli vacib deyildir. Bu günə planlaşdırdığınız 10 işdən, yalnızca ikisi daha vacibdir, nəinki digər səkkizi.

Cəmiyyətdə: Cinayətkarların 20%-i cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır, nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir . Nəhayət uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.

Hətta evdə də: xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb ola biləcək amillərin 80%-i təsir edir. Avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.

Pareto prinsipi öz əhəmiyyətini daha çox iqtisadiyyat sahəsində doğrultmuşdur :

Zipfin ən az səy prinsipi:

Bu yolu ilk qət edənlərdən biri Harvard universitetinin filologiya professoru Corc K. Zipf olmuşdur. 1949-cu ildə o, ən az səy prinsipini ixtira etmişdir, hansı ki, Pareto prinsipinin yenidən açılmış və ətraflı əsaslandırılmış variantı idi. Zipf prinsipinə görə ehtiyatlar (insanlar, mallar, vaxt, biliklər və ya hər hansı bir məhsul mənbəyi) özünü elə təşkil edir ki, görülmüş işi minimuma endirsin, yəni istənilən ehtiyatın 20-30%-i bu ehtiyatla bağlı olan fəaliyyətin 70-80%-ni hasil edir.

Paretonun bu prinsipi ilk olaraq Joseph Yuranı tərəfindən məhsul keyfiyyətinin artırılması nəzəriyyəsində istifadə edilmişdi. Yuran öz nəzəriyyəsini italiyan iqtisadçı Paretonun şərəfinə Pareto qanunu adlandırıb.

Milli.Az