Abşeron rayonunda ev yanıb

13 Aprel 2018 22:48

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 m2 olan birotaqlı evin və ümumi sahəsi 20 m2 olan birotaqlı evin yanar konstruksiyaları yanıb.

Digər bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az