Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

13 Aprel 2018 22:26

Türkiyənin qərbində 4,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 20:14-də qeydə alınan yeraltı təkanların episentri Konya şəhərindən 98 km cənub-qərbdə, ocağı  5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Milli.Az