Avtomobillə traktor toqquşub, xəsarət alanlar var

13 Aprel 2018 21:42

Goranboyda avtomobillə traktor toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az