Heyvan kəsimini digər heyvanların gözü qarşısında etmək olmaz - VİDEO

13 Aprel 2018 22:39

Kəsimə gətirilən heyvan digər heyvanların gözünün qarşısında kəsilir. Paytaxtdakı əksər kəsim yerlərində bu mənzərəni görmək mümkündür.

Milli.Az bildirir ki, qəssablar da elə bunu etiraf edirlər. Onların sözlərinə görə, xüsusən də kütləvi kəsim yerlərində heyvanları digər heyvanlarının gözü qarşısında kəsirlər.

Bakı Şəhər Baytarlıq Xidmətinin rəsmisi Mehman Əliyev isə bildirir ki, heyvanı digərlərinin gözünün qarşısında kəsmək düzgün deyil.

Mehman Əliyevin sözlərinə görə, bu zaman heyvanlarda qoxu yaranır. Bu da kəsim zamanı heyvanın qanının tam axmamasına səbəb olur.

Mehman Əliyev həmçinin kəsiləcək heyvanların kəsimdən əvvəl bir neçə saat ac saxlanılmasını da tövsiyyə edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Heyvan kəsimini digər heyvanların gözü qarşısında etmək olmaz