Kalorilərin azaldılması bir çox xəstəliklərin qarşısını alır

14 Aprel 2018 23:35

Kalorilərin azaldılması şişlərin və Altsheymer kimi bir çox xəstəliyə yaxalanma riskini azaldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aşaği kalorili dietalar metabolizmin sürətini azaldaraq uzunömürlüyə səbəb olur, yaşlanma ilə bağlı xəstəliklərin qarşısını alır.

Orqanizmə daxil olan kalorilər enerji şəklində sərf olunur. Biokimyəvi proseslərin nəticəsi olaraq çoxlu sərbəst oksigen radikalları əmələ gəlir. Bu, reaktiv oksigenin miqdarı çox olduqda orqanizm oksidativ stressə məruz qalır. Oksidativ stress zamanla hüceyrələri və orqanları zədələyir. Bu da insan ömrünün qısalmasına, yaşla bağlı Altsheymer, Parkinson kimi xəstəliklərin yaranmasına səbəb olur. Oksidativ stress eyni zamanda xərçəng, diabet və digər xəstəlikləri artırır. Aşağı kalorili qidalanma isə daha az sərbəst oksigen radikallarının əmələ gəlməsi və orqanizmin daha sağlam və gümrah olması deməkdir.

Milli.Az