Rusiya Türkiyə pomidorları ilə bağlı qərarı dəyişəcək? - RƏSMİ CAVAB

13 Aprel 2018 18:25

Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib.

Baş nazirin müavini deyib ki, hələ vəziyyət araşdırılacaq: "May ayından başlayaraq öz istehsalımız olan pomidorlar bazara çıxarılacaq. Ona görə yay mövsümündə kvotanın artırılmasından söhbət gedə bilməz. Payıza yaxın isə bu məsələ ilə ilə bağlı yenidən düşünmək olar".

Milli.Az