Kreml "Telegram" mesencerinin bloklanmasını şərh etdi

13 Aprel 2018 17:20

Kreml Rusiyada "Telegram" mesencer proqramının bloklanması qərarına münasibət bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin qanunun tələblərini yerinə yetirməməkdən yox, istifadəçilərin hüquqlarını pozmaqdan getdiyini bildirib.

"Rusiya Federasiyasının müvafiq orqanlara müəyyən məlumat toplusu verilməsini tələb edən qanunu var. Bu şərtin yerinə yetirilməsi razılıq əldə etməyə imkan verirdi, lakin, təəssüf ki, belə konsensusu əldə etmək mümkün olmadı", - D.Peskov jurnalistlərə deyib.

Xatırladaq ki, bu gün Moskva şəhər Taqanski məhkəməsi "Roskomnadzor"un tələbini yerinə yetirərək Rusiyada "Telegram" mesencerinə girişi bloklayıb.

Milli.Az