Qəzza sektorunda yenidən toqquşma: yaralananlar var

13 Aprel 2018 16:46

Bu gün minlərlə fələstinli yenidən İsrailin silahlı qüvvələri ilə etirazçılar arasında qarşıdurmaların baş verdiyi Qəzza sektoru yaxınlığında toplaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb.

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar ardıcıl üçüncü həftədir davam edir.

Milli.Az