Qarabağ mövqeyini dəyişmədi

13 Aprel 2018 16:03

UEFA Avroliqanın 1/4 final mərhələsinin oyunlarından sonra növbəti klub reytinqini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahıda 7 Azərbaycan təmsilçisi də var. Ən yaxşı nəticə Qarabağ-a məxsusdur. Ağdam təmsilçisi 20.500 xalla əvvəlki kimi 73-cü pillədə qərarlaşıb.

442 komandanın yer aldığı siyahıya "Real" (İspaniya) başçılıq edir. Madrid təmsilçisinin hesabında 156.000 xal var. "Kral klubu"nun ən yaxın izləyiciləri "Bayern Münhen" (Almaniya) və Madrid "Atletiko"sudur. Münhen təmsilçisi və "hindular" ötən reytinq cədvəli ilə müqayisədə yerlərini dəyişiblər.

Milli.Az