Kadırovdan maraqlı TƏKLİF: "Putin əbədi prezident olsun"

13 Aprel 2018 15:40

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Çeçenistan lideri bu fikirləri Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinlə bağlı səsləndirib.

R.Kadırovun sözlərinə görə, əgər bu, xalqın maraqlarına xidmət edirsə, bunu etmək olar: "Əgər bu, xalqın maraqlarına xidmət edirsə, nədən qanuna dəyişikliklər edə bilmərik?"

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.

Milli.Az