Xamzat Bekov Prezident İlham Əliyevi təbrik edib

13 Aprel 2018 15:34

Rusiya Müdafiə Nazirliyinin "Oboronpromekologiya" Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uğurlar, nikbinlik, sülh və firavanlıq, Vətən naminə yeni quruculuq işlərinizdə ruh yüksəkliyi arzu edirəm".

Milli.Az