İlin ən yaxşı FOTOsu seçildi

13 Aprel 2018 15:23

"World Press Photo" (WPP) beynəlxalq müsabiqəsinin münsiflər heyəti ilin ən yaxşı fotosunu seçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Venesuela fotoqrafı Ronaldo Şemidtin fotosu ən yaxşı foto seçilib.

Fotoda Venesuelada mitinqlər zamanı polisdən qaçan 28 yaşlı gənc əks olunub. Gənc yanaraq canını polislərdən qurtarmağa çalışır.

Qeyd edək ki, ötən ilin ən yaxşı fotosu Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun qatilinin zərərsizləşdirildiyi əks olunan foto seçilmişdi. Fotonun müəllifi türk fotoqraf Burhan Özbiliçi idi.

Milli.Az