Premyer Liqanın ən səs-küylü azarkeşləri və ən məşhur mahnısı müəyyənləşdi

13 Aprel 2018 15:00

"Liverpul" azarkeşləri Premyer Liqanın ən çılğın tərəfdarları seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "Barclays" və "YouGov" tərəfindən 4 min futbol fanatı, oyunçu və məşqçi arasında aparılan sorğu nəticəsində müəyyənləşib. Respondentlər "mersesaydlılar"ın azarkeşlərini daha səs-küylü, həm səfər, həm də ev oyunlarında susmayan fan qrup kimi dəyərləndirib. Sonrakı yerləri "Nyukasl Yunayted, "Stok Siti" və "Mançester Yunayted" fanatları tutub. İlk "beşliy"i West Ham United azarkeşləri qapayır.

Premyer Liqada ən populyar dəstək mahnısı Liverpool-a həsr olunmuş "You'll Never Walk Alone" seçilib. İkinci yerdə "I'm Forever blowing Bubbles" (Vest Hem Yunayted), üçüncü pillədə isə "Delilah" (Stok Siti) qərarlaşıb.

Milli.Az