Fransa klubları 18 ildən sonra canlandı

13 Aprel 2018 19:03

Avropa Liqasının 1/4 final mərhələsində "Leypzig"lə qarşılaşan "Marseille" ilk oyunda 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Evdə Bundesliqa təmsilçisini 5:2 məğlub edən "provanslar" turnirdə yarımfinala vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son 18 ildə ilk dəfə fransız klubları ardıcıl 2 mvsüm Avrokubokların yarımfinalına çıxıb. Ötənm mövsüm buna "Lyon" nail olmuşdu. 1/4 finalda "Beşiktaş"ı mübarizədən kənarlaşdıran klub finalın bir addımlığında "Ajax"a uduzmuşdu - 1:4, 1:3.

1998/99 mövsümündə "Marseille" UEFA Kubokunun finalında "Parma"ya 0:3 uduzmuşdu. Növbəti il "Lens" turnirin yarımfinalında "Arsenal"a məğlub olaraq (0:1, 1:2) mübarizəni dayandırmışdı.

Milli.Az