MLS klubu Balotelli, Tevez və Ernandeslə maraqlanır

13 Aprel 2018 19:24

MLS klubu DC United hücum xəttini gücləndirmək istəyir. Vaşinqton təmsilçisi artıq bir sıra tanınmış futbolçuların transferini nəzərdən keçirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlar Mario Balotelli (Nice), Karlos Tevez (Boka Xuniors) və Xavyer Ernandesdir (Vest Hem Yunayted). DC United-in sahibi "İnter"in formal prezidenti Erik Tohirdir. Bir müddət öncə indoneziyalı iş adamının bu klubdakı səhmlərini satmaq istədiyi barədə xəbərlər yayılmışdı. 

Milli.Az