Dumada ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb

13 Aprel 2018 14:24

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub.

Milli.Az APA-a istinadən xəbər verir ki, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb.

V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb.

Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib.

İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb.

Milli.Az