Gənc müğənni Əli Mirəliyevi lağa qoydu: "Mahnın Zəngimcell koduna bənzəyir"

13 Aprel 2018 14:19

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan müğənni Elvin Mirzəzadə aparıcı Əli Mirəliyev tərəfindən tənqid olunub. Buna səbəb isə "Youtube" kanalında yerləşdirilən klipinin 10 milyon dəfə izlənildiyini deməsi olub.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki,Əli Mirəliyevin bu açıqlamaya münasibəti sərt olub:

"Bir ay əvvəl 6 milyon idi, 1 ay sonra da gəlsən, yəqin 30 milyon olar. Ay oğul, o 10 milyon sənə baxmayıb e, sadəcə "knopka"ya basıb".

Buna cavab olaraq müğənni Əli Mirəliyevin "Yaraşaydım" mahnısına lağ edib. O, bu mahnının "zəngimcell" koduna bənzədiyini deyib.

Milli.Az