Türkiyədə İŞİD-in cəlladı saxlanıldı

13 Aprel 2018 14:05

Türkiyənin Adana vilayətində həyata keçirilmilş xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının cəlladlarından biri Riyad Hacı Osman saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, Suriya vətəndaşıdır.

Əməliyyat çərçivəsində Suriyada müxtəlif silahlı qruplaşmaların tərkibində olmuş daha 6 nəfər saxlanılıb.

Onların kimliyi barədə məlumat verilməyib.

Milli.Az