Əfqanıstanda hərbçilərə hücum: 10 ölü

13 Aprel 2018 12:41

"Taliban" terror təşkilatının silahlıları Əfqanıstanın şimal-qərbində hərbçilərə hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Herat əyalətində baş vermiş hücum nəticəsində 10 hərbçi həlak olub.

Qeyd olunur ki, silahlılar hərbçiləri aparan avtomobilə hücum ediblər. Hücumdan sonra onlar silah-sursat ələ keçirərək uzaqlaşıblar.

Milli.Az