"Kəpəz" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

13 Aprel 2018 20:03

Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə "Qarabağ"ı qəbul edəcək "Kəpəz" qarşıdakı oyunla bağlı məşqlərini davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı-göylər" görüşə itkilərlə hazırlaşır. Belə ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov və zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək. Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdı. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.

"Kəpəz"in "Qarabağ"la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Milli.Az