Yəhudilər məscidi yandırdılar

13 Aprel 2018 13:11

İki yəhudi radikal İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar giriş qapısını yandırıb və məscidin divarında aqressiv xarakterli yazılar yazıblar.

Yanğına cəhd nəticəsində yalnız qapı və qapı özülünün bir hissəsi yanıb. Məscid binası alovdan zərər görməyib.

Qeyd edək ki, Akraba kəndindəki insident Qəzza ilə sərhəddə İsrail ordusunun fələstinlilərlə mümkün toqquşmaları ərəfəsində baş verib.

Milli.Az