Di Kaprionun yerinə Zeyn Malik

13 Aprel 2018 21:18

Aktyor Leonardo Di Kaprio yeni çəkiləcək "Rumi" filmindən çıxarılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, filmdə Mövlana obrazını canlandırılacağı deyilən aktyorun yerinə istehsalçılar müsəlman birinin çəkilməyini tələb ediblər.

Amerikadakı müsəlman məşhurlar arasında araşdırma aparan istehsalçılar Pakistan əsilli ingilis müğənni Zeyn Malikin üzərində dayanıblar.

Zeynin də təklifi müsbət dəyərləndirəcəyi bildirilir.

Milli.Az