Şakiranın makiyajsız fotosuna tərif yağdı

13 Aprel 2018 21:36

Müğənni Şakira İnstaqram hesabında yeni fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 41 yaşlı ifaçı makiyajsız halını izləyiciləri ilə bölüşüb.

Şakiranın makiyajsız da çox gözəl olduğunu qeyd edən sosial şəbəkə istifadəçiləri onu "like" atəşinə tutublar. 

Qeyd edək ki, 2011-ci ildən futbolçu Jerard Pike ilə birlikdə olan sənətçinin 2 oğlu var.

Milli.Az