Xatirə oğlu ilə qəbir üstə: ""...onlar ölsə, həyatımın sonu olar" - FOTO

13 Aprel 2018 12:57

Müğənni Xatirə İslam oğlu ilə birgə qohumlarının qəbrini ziyarət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı özünü qəbr üstə gec-gec gəldiyi üçün qınayıb:

"Bu gün balamla sevdiklərimizi yad eləmək istədim. Allah bütün dünyadan köçənlərə rəhmət eləsin. Nənəm, babam, dayım, qayınanam. "Filankəsə bir şey olsa, özümü öldürərəm" ifadəsi yalnız dildədir. Heç kim özünü öldürmür. 40 gün ağlayıb acı həqiqətlə barışırıq. Ona görə də, çalışıb ölməyəsən. 

Elə bilirdim nənən, babam ölsə, həmin gün həyatımın sonu olar. Amma, görürsüz, heç aylarla vaxt tapıb qəbr üstə gələ bilmirik, ot basıb qəbri.

Həqiqət budur, insan belə məxluqdur. Vaxt var idi nəfəs aldığımız insanları unutmağa çalışır. Çalışaq, ölməyək, çalışaq, dünyadan köçənləri hamımız yad edək. Axırda hamımızın yeri oradır. Biz gedək ki, biz öləndə bizə gəlsinlər".

Milli.Az