Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO

13 Aprel 2018 21:24

Aktyor Cim Kerri bu dəfə tamaşaçı qarşısına tam fərqli obrazda çıxacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, komediya rolları ilə yadda qalan aktyor son olaraq kriminal mövzulu filmə çəkilib.

Cim "Həqiqi cinayətlər" ("True Crimes") adlı filmdəki Tedek obrazı ilə ciddiliyini nümayiş etdirib. Həyatda da son dərəcə qəliz xasiyyəti olan aktyor rolunun öhdəsindən asanlıqla gəldiyini bildirib.

Kerrinin ekran işində tərəf müqabilləri Şarlotta Qensbur, Marton Çokaş və Katya Outinendir.

Rejissoru Aleksandros Abranas olan film 2016-cı ildə hazır olsa da, Amerika tamaşaçısına bu ilin mayında təqdim olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cim Kerri bu dəfə tam fərqli obrazda