Avropa Liqasında yarımfinalın püşkü atılacaq

13 Aprel 2018 11:08

İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA-nın mənzil-qərargahında saat 14:00-da başlanacaq püşkatma nəticəsində İngiltərənin Arsenal, İspaniyanın Atletico, Fransanın Marseille və Avstriyanın Salzburg komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Püşkü çəkməyə Avropa Liqasının səfiri, Fransa milli komandasının sabiq futbolçusu Erik Abidal kömək edəcək. O, kubokun təşkilatçı şəhərə verilməsində də iştirak edəcək.

Yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək.

Milli.Az