Trampın nikahdankənar övladı var - İDDİA

13 Aprel 2018 10:59

Nyu-Yorkda "Trump World Tower"in keçmiş əməkdaşı Dino Sadjudin bildirib ki, ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu informasiyanı "National Enquirer" dərgisinə 30 min dollara satıb.

Həmin xəbər dərgidə çıxmasa da, bu xəbər yayılıb.

D.Sadjudin danışıb ki, D.Trampın "Trump World Tower"in əməkdaşlarından biri ilə "eşq macərası" olub, sonra həmin xanım dünyaya uşaq gətirib. Qeyd edək ki, həmin qadın bu informasiyanı təkzib edib.

Milli.Az