Xankəndidə 3 erməni öldü, 5-i zəhərləndi

13 Aprel 2018 10:36

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində 3 erməni dəm qazından boğularaq ölüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, daha 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Ölənlərin şəhər sakinləri Qari Qaloyan, Regina Qaloyan və Tamara Qaloyandır.

Ölənlər və zəhərlənənlərin hamısı bir ailənin üzvüdür. 

Milli.Az