Sabirabad sakini bıçaqlandı

13 Aprel 2018 10:18

Sabirabad sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad  rayonunun Yolçubəyli kənd sakini, 1997-ci il təvəllüdlü Eyvazov Müstəqil Varis oğlu Sabirabad xəstəxanasına daxil olub.

O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyata götürülüb və daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az