Türkiyə 300-dən artıq qanunsuz miqrantı deportasiya etdi

13 Aprel 2018 10:14

Türkiyənin qərb əyaləti İzmirdən Əfqanıstandan olan 324 qanunsuz miqrant deportasiya olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deportasiya olunanlar arasında qadınlar və uşaqlar da var.

KİV-in məlumatına görə, bu miqrantlar Əfqanıstandan Türkiyəyə qeyri-leqal yolla daxil olaraq Avropa Birliyi ölkələrinə getməyi planlaşdırıblar.

Milli.Az