FHN dəhşətli yanğınla bağlı açıqlama yaydı

13 Aprel 2018 09:16

Fövqəladə Hallar Nazirliyi dünən Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, açıqlamada Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verdiyi bildirilir.

Həmin mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Milli.Az