6 otaqlı evdə yanğın olub

13 Aprel 2018 08:52

Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bərdə rayonunda hər mərtəbəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində taxta rəflər 34 m² sahədə yanıb. Yanğından zirzəminin qalan hissəsi və ev mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az